Nümunə dərs keçirildi

Məktəbin Mülki Müdafiə tədbirlər planına əsasən 5 may 2017 – ci il tarixində Mülki – Müdafiə günü keçirildi. 10:10 – da yanğın həyəcanı siqnalı verildi və cəlb olunan heyət – şagird və müəllimlər məktəbin həyətinə çıxdı. Dəstə rəhbərləri yanğınsöndürmə, xilasetmə və ilkin tibbi yardım göstərilməsinin nümayişini etdilər. Mülki – Müdafiə gününə həsr olunmuş viktorina, V – VI siniflərdə nümunəvi dərslər keçirildi. Vb sinfində Allahverdiyeva Elmira "Əhalinin mülki – müdafiəsi" mövzusunda nümunə dərsləri keçdi. Müəllimə videoçarxlar nümayiş etdirərək şagirdlərin mülki müdafiə tədbirləri ilə bağlı öyrəndiklərini ümumiləşdirdi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi