“Yaşıl məktəb” yaşıllaşdırır

Dünyada ekoloji tarazlığın pozulduğu, bəşəriyyətin saysız – hesabsız ekoloji problemlərlə üz – üzə qaldığı müasir dövrümüzdə yaşıllıqların qorunmasına və atırılmasına qayğı xüsusilə həyati zərurətli məsələyə çevrilib. Bu məsələnin uğurlu həlli isə hər şeydən öncə, yaşıllıqları qorumağın əhəmiyyət və vacibliyini cəmiyyətin hər bir üzvünə, xüsusən də böyüməkdə olan nəslə çatdırmaqdan, onlara təbiətə qayğıkeş münasibət, sevgi hissi tərbiyə etməkdən, eləcə də uşaq və gəncləri bu istiqamətdə zəruri bilik, bacarıq və vərdişlərlə silahlandırmaqdan asılıdır. Bu məqsədlə Bakı Şəhəri üzrə Təhsil İdarəsi 2016 – 2017 – ci tədris ilinin II yarısından yeni – “Yaşıl məktəb” layıhəsinə start verib. SOCAR – ın Ekologiya İdarəsinin tərəfdaşlığı ilə həyata keçirilən layihənin əsas məqsədi məktəbyanı sahələrin yaşıllaşdırılması, təhsil müəssisələrində canlı guşə və oranjeyaların yaradılmasıdır. Layihənin icrası istiqamətində paytaxtın 36 və 283№ - li tam orta məktəblərində, 246№ - li məktəb – liseydə daha çox iş görülüb.Məktəbin kollektivi, SOCAR əməkdaşlarının iştirakı ilə bu il martın 7 – də 283№ - li tam orta məktəbin həyətyanı sahəsində ağacəkmə aksiyası keçirdi. 40 – dan çox şam ağacı tingi əkilib sulandı. Ağacəkmə aksiyasında Bakı Şəhəri üzrə Təhsil İdarəsinin İnkişaf layihələri sektorunun baş məsləhətçisi Sevinc Əzimova, ümumtəhsil sektorunun məsləhətçisi Xalidə İbrahimova iştirak etdi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi