"Zərərli vərdişlərə qarşı mübarizə" adlı tədbir keçirildi

27 aprel 2017 – ci il tarixində məktəbdə yeniyetmələr arasında narkomaniya və alkoqolizm meyillərinin, hüquq pozuntuları və cinayətkarlıq hallarının qarşısının alınması, sanitar – gigiyena rejiminin gözlənnilməsi ilə əlaqədar tədbir keçirildi. Tədbirdə Binəqədi Rayon Polis İdarəsinin rəisi polis polkovniki Namiq İsmayılov, Binəqədi Rayon Polis İdarəsinin 5 – ci bölməsinin rəisi polis polkovnik – leytenantı Səlim Səlimov, Binəqədi Rayon Polis İdarəsinin Narkomaniya ilə Mübarizə bölməsinin rəisi, polis mayoru Valeh Əliyev, Azyaşlılar üzrə baş inspektor polis mayoru Fizzə Məmmədova, məktəbin həkimi, müəllim, valideyn və şagirdlər iştirak etdilər. Binəqədi Rayon Polis İdarəsinin rəisi polis polkovniki Namiq İsmayılov məktəblilərə zərərli vərdişlərdən qorunma, sağlam həyat tərzi yaşamının formalaşdırılması yollarından danışdı. Binəqədi Rayon Polis İdarəsinin 5 – ci bölməsinin rəisi polis polkovnik – leytenantı Səlim Səlimov narkomaniyanın aludəçisi olmağın törətdiyi faciələr və ailələrə bədbəxtçilik gətirməsi haqqında məruzə etdi. Şagirdlərə narkomaniya aludəçiliyinin acı həyat dərsindən bəhs edən videoçarx göstərildi. Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları şagirdləri maraqlandıran sualları cavablandırdılar.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi