X sinif şagirdlərinin sınaq yazı işlərinin nəticələrinin müqayisəli müzakirəsi

26 aprel 2017 – ci il tarixində direktoryanı şuranın növbəti iclası oldu. İclasda X siniflərin seçim sahələri üzrə tədris ilinin əvvəlindən keçirilmiş sınaq yoxlama nəticələri ilə 25 aprel 2017 – ci il tarixində keçirilmiş monitorinqin nəticələrinin müqayisəli təhlili, şagirdlərin inkişafı – irəliləmə, geriləmə vəziyyəti müzakirə olundu. Müzakirə olunan məsələ ilə bağlı seçim fənlərini tədris edən müəllimlər öz fikir və rəylərini bildirdilər. Məktəbin direktoru Tünzalə Zeynalova həm riyaziyyat, həm də dillər seçim sahəsi üzrə tədrisin vəziyyətinin izlənilməsinin müqayisəli təhlilindən seçimin düzgün edildiyini, nəticələrin qənaətbəxş olduğunu, şagirdlərin seçdikləri sahələrə uyğun təlim göstəricilərində uğur qazandıqlarını qeyd etdi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi