IV siniflərdə monitorinq keçirildi
Məktəbin fəaliyyət planının 1.1.28 - ci bəndinə uyğun olaraq 26 aprel 2017 - ci il tarixində IV siniflərdə Ana dili və Riyaziyyat fənləri üzrə tədris keyfiyyətinin izlənilməsi məqsədilə növbəti monitorinq keçirildi. Monitorinqdə Azərbaycan, Rus bölməsi olmaqla 126 nəfər şagird iştirak etdi. Şagirdlərə 4 variantda hər birində 15 sual olmaqla yoxlama tapşırıqları verildi. Yoxlama tapşırıqları 2 saat ərzində icra olundu.