X siniflərdə sınaq yoxlama keçirildi
Məktəbin fəaliyyət planının 1.1.9 - cu bəndinə müvafiq olaraq X siniflərdə tədris ilinin əvvəlindən bazis seçmə fənlərin tədrisi vəziyyəti bir neçə dəfə öyrənilmişdir. 25 aprel 2017 - ci il tarixində X siniflərdə şagirdlərin seçim saatlar hesabına öyrəndikləri fənlərin keyfiyyət göstəricisini və inkişaf dinamikasını izləmək məqsədilə növbəti monitorinq keçirildi. 10 a sinif şagirdləri riyaziyyat, kimya, fizika, 10b sinif şagirdləri isə Azərbaycan dili, Ədəbiyyat, İngilis dili fənləri üzrə biliklərini sınadılar.