Təbiət qoynunda dərs

2016 – 2017 – ci tədris ilində Bakı Şəhəri üzrə Təhsil İdarəsi öz fəaliyyətini “Təhsili Dəyərə Çevirək” devizi altında həyata keçirir. "Ekoloji aylıqlar" çərçivəsində məktəbdə görülmüş növbəti tədbir AMEA – nın Nəbatət bağında “Tədqiqatçı bioloqlar”ın təbiət qoynunda dərsi olmuşdur. “Tədqiqatçı bioloqlar” Nəbatət bağında çox həvəslə tədqiqat apararaq onları maraqlandıran sualları verdilər. Bitkilərin hansı ölkələrdən gətirildiyi, dünyanın ən uzunömürlü ağacı olan sekroya haqqında, Eldar şamının həddindən çox toxumlar, qozalar verdiyi haqqında əldə etdikləri yeni məlumatlar şagirdlərin maraqlarına səbəb oldu. Şagirdlər qoza toxumlarını yığaraq məktəbdə dibçəklərdə əkəcəklərini bildirdilər. “Tədqiqatçı bioloqlar” topladıqları məlumatlar əsasında esse yazdılar.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi