Kimyəvi dərmanlara yox deyək

“Təhsili Dəyərə Çevirək” devizi altında “Ekologiya və Sağlamlıq” istiqamətində “Ekoloji aylıqlar” layihəsi çərçivəsində "Azərbaycanın təbii sərvətləri və biomüxtəlifliyi" mövzusu ətrafında tədbirlər keçirilməsi planlaşdırılmışdır. 17 aprel 2017 – ci il tarixində məktəbimizdə “Kimyəvi dərmanlara yox deyək” adlı nümunəvi dərs keçirildi. Gənc “tədqiqatçı bioloqlar” müxtəlif xalq təbabətinə aid olan bitkilərdən və müxtəlif təbii məhsullardan nümunələr hazırladılar. Onlar qrip, soyuqdəymə əleyhinə, mədə - bağırsaq , ağrıkəsici, saç tökülməsi, müxtəlif kosmetik vasitələr və s. dərmanların alternativi olan təbii dərmanları hazırlayıb nümunə göstərdilər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi