Xocalıya ədalət

Azərbaycan Respublikası Təhsil Nazirliyi və Heydər Əliyev Fondu tərəfindən “Xocalıya Ədalət” kompaniyası çərçivəsində 17 aprel 2017-ci il tarixində IX-XI sinif şagirdlərinin iştirakı ilə məktəbin akt zalında tədbir keçirildi. Mühazirəçi Heydər Əliyev Fondunun əməkdaşı Kərim Kərimli şagirdlərə Xocalı faciəsinin dəhşətlərindən, özünün Azərbaycan nümayəndə heyətinin tərkibində 1998-ci ildə Xocalıya səfər etməsindən danışdı. Xocalı faciəsinin beynəlxalq səviyyədə tanıdılması istiqamətində görülmüş işlər barədə məlumat verdi. Kərim Kərimli məktəbin müəllim və şagirdlərini maraqlandıran sualları dolğun şəkildə cavablandırdı. Tədbirin sonunda məktəbin direktoru Tünzalə Zeynalova Heydər Əliyev fondunun əməkdaşı Kərim Kərimliyə müəllim və şagirdlər qarşısında etdiyi geniş və ətraflı məruzəyə görə təşəkkür edərək bu istiqamətdə görüləcək işlərin davamlı olmasını arzuladı.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi