Dünya kubokunun qalibi

Əli Fəxri oğlu Əliyev 2000 - ci il iyulun 3- də Bakıda idmançı ailəsində anadan olub. 14 yaşında idmanın kinq - boksinq və muay tay döyüş növləri ilə məşğul olmaq üçün peşəkar idman klubunda məşqlərə başlayıb. 2016 - cı ildə "28 May - Respublika Günü"nə həsr olunmuş İran və Azərbaycan idmançıları arasında keçirilən beynəlxalq turnirdə - I yerə, 2016 - cı ilin yanvar ayında İran İslam Respublikasının paytaxtı Tehran şəhərində Asiya ölkələri arasında keçirilən beynəlxalq turnirdə - I yerə, 2016 - cı il dekabr ayında qardaş Türkiyənin Antalya şəhərində keçirilən Avropa kuboku uğrunda döyüşlərdə - III yerə layiq görülmüşdür. 2016 - cı il avqustun 15 - dən 25 - dək Gürcüstanın Batumi şəhərində keçirilən Alpaqut döyüş növü üzrə dünya kuboku uğrunda yarışda dünya kubokunun qalibi olmuşdur. Əliyev Əli hal - hazırda məktəbin Azərbaycan bölməsi üzrə XI sinifdə təhsil alır. Arzusu Azərbaycan Dövlət Neft və Sənaye Universitetinə qəbul olmaqdır. Uğurlarına sevinir, davamlı olmasını arzulayırıq!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi