Tədqiqatçı bioloqlar

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin “Təhsili Dəyərə Çevirək” devizi altında "Ekologiya və sağlamlıq" istiqamətində “Ekoloji aylıqlar” layihəsi çərçivəsində 12 aprel 2017 – ci il tarixində şagirdlərimiz Azərbaycanın təbii sərvətləri haqqında daha ətraflı məlumat toplamaq üçün AMEA – na üz tutdular. AMEA – nın akademiki, coğrafiya üzrə fəlsəfə doktoru Rafael Abdullayev, coğrafiya elmləri üzrə fəlsəfə doktoru Vasif Quluzadə, coğrafiya elmləri doktoru Hüseyn Xəlilov, coğrafiya üzrə fəlsəfə doktoru Solmaz Rzayeva və dissertant Gülsarə İmanova şagirdləri Azərbaycanın təbii sərvətləri ilə əyani tanış etdilər, təbii sərvətlərimizin iqtisadiyyatımıza nə qədər xeyirli olduğunu vurğuladılar.Layihə çərçivəsində şagirdlərimiz növbəti ekskursiyanı AMEA - nın Zoologiya İnstitutuna etdilər. Məktəbli "Tədqiqatçı bioloqlar" burada olan eksponatları maraqla izlədilər, bələdçinin verdiyi məlumatlara diqqətlə qulaq asdılar. Bir daha Azərbaycan faunasının rəngarəngliyinə heyran qaldılar.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi