Bilik günü qeyd olundu

         15 sentyabr 2025-ci ildə 283 nömrəli tam orta məktəbdə ənənəvi Bilik Günü qeyd olundui. Tədbirdə məktəb rəhbərliyi, müəllimlər, valideynlər və qonaqlar iştirak etdilər.
        Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra məktəbin direktoru Nuridə Qarayeva məktəbə ilk dəfə qədəm qoyan birinciləri salamlayaraq onlara uğurlu təhsil həyatı arzuladı. Nuridə Qarayeva  qeyd etdi ki, qarşıdakı illərdə əldə olunacaq nailiyyətlər bugünkü zəhmət və çalışqanlıqdan asılıdır.
       Şagirdlər Bilik Gününə həsr olunmuş şeirlər söylədilər, musiqi nömrələri ifa etdilər, rəqs kompozisiyaları nümayiş etdirdilər. Bu çıxışlar tədbirə bayram əhval-ruhiyyəsi qatdı.
        Ötən tədris ilində “Qızıl attestat”la təltif olunmuş iki məzun: Ayla Qasımova, Duyğu Xudadatova da çıxış etdi. Onlar məktəb illərində qazandıqları nailiyyətlərdən söz açaraq gənc şagirdlər üçün nümunə göstərdilər. Çıxışlarında davamiyyət, intizam və məqsədyönlü çalışmanın əhəmiyyəti xüsusi vurğulandı.
          Tədbirin önəmli anlarından biri məktəbin direktoru Nuridə Qarayevanın  uzun illər məktəb rəhbərliyində çalışmış və məktəbin inkişafına mühüm töhfələr vermiş Sevinc Musayevanı fəxri fərmanla təltif etməsi oldu. 
.          Yüksək nəticə göstərmiş məzun Kərimli Əlizaminin valideyni Minayə Kərimova çıxış edərək məktəb rəhbərliyini, müəllim və şagirdləri yeni tədris ilinin başlanması münasibətilə təbrik etdi. O, qeyd etdi ki, yüksək nəticələr əldə etmək üçün əzmkarlıq, təşəbbüs və məqsədyönlü çalışma vacibdir.
            Ənənəyə uyğun olaraq ilk zəng çalındı və şagirdlər siniflərə daxil olaraq yeni dərs ilinə rəsmi start verdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi