Aprel fatehləri

06 aprel 2017 – ci il tarixində 283 №- li tam orta məktəbdə aprel döyüşlərində həlak olan şəhidlərin xatirəsi yad edildi. Tədbirdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Hüseyn Əsgərov, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin məsləhətçisi Fərman Abdullayev, Binəqədi rayon İcra Hakimiyyətinin ictimai siyasi şöbəsinin müdir müavini Rauf Həsənov, “Azərbaycan Müəllimi” qəzetinin şöbə müdiri Şakir Cəfərov, Binəqədi rayon Hərbi Komissarlığından Milli Orduya çağrılmış əsgərlər - aprel şəhidləri Qurbanlı Fəxrəddinin, Bağırov Eminin ailə üzvləri, məktəbin müəllimləri , valideynlər və şagirdlər iştirak etdilər. Tədbirdə şagirdlərin vətənə sevgi hissi ilə təqdim etdikləri “Analar oğullarını hərbi xidmətə yola salır”, “Döyüşə hazırlıq”, “ Şəhid xəbəri”, “ Şəhid övladının atasına yazdığı məktub” və s. kompozisiyalar tədbir iştirakçıları tərəfindən maraqla qarşılandı. Tədbirin sonunda məktəbin direktoru, qonaqlar və şəhid valideynləri çıxış edərək tədbir iştirakçılarına və təşkilatçılarına təşəkkürlərini bildirdilər və bu gün Lələtəpədəki Azərbaycan bayrağının yaxın gələcəkdə Ali Baş Komandan İlham Əliyev cənablarının rəhbərliyi altında digər işğal olunmuş torpaqlarımızda dalğalanacağına əmin olduqlarını söylədilər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi