Milli Müdafiə Universitetinin nümayəndələri ilə maarifləndirici görüş

Mayın 26 – da  məktəbdə Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Akademiyasının 03.04.2025 – ci il tarixli 3-38/2 – 460/25 nömrəli əmrinə müvafiq olaraq 9, 10 və 11 – ci sinif şagirdləri ilə maarifləndirici görüş keçirildi. Görüşün keçirilməsində əsas məqsəd şagirdlərin 2024 – 2025 – ci təhsil mövsümləri üçün 1 – ci ixtisas qrupu üzrə Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən imtahanlarda iştirak etmələrini asanlaşdırmaq, eləcə də onlara bu istiqamətdə məlumat vermək olmuşdur. Görüşdə məktəb rəhbərliyi, Milli Müdafiə Universitetinin Heydər Əliyev adına Hərbi İnstitutunun Quru Qoşunları və Ümumi Fənlər fakültəsi rəisinin müavini polkovnik Bahadur Qəmbərov, eyni zamanda Xaricdə təhsil alan və əcnəbi kursantlarla iş üzrə bölmə rəisi kapitan Əli Elşən oğlu, müəllim kollektivi və yuxarı sinif şagirdləri fəal iştirak etdilər.

Nümayəndələr şagirdlərə universitetin təhsil imkanları, ixtisas seçimləri və hərbi xidmətə hazırlıq prosesi ilə bağlı ətraflı məlumat verdilər. Təqdimat zamanı bildirildi ki, bu təhsil müəssisələrinə qəbul olan şagirdlərə dövlət tərəfindən birdəfəlik və aylıq təminat, sosial imtiyazlar və digər dəstək mexanizmləri təqdim olunur.

Belə görüşlər şagirdlərdə vətənpərvərlik hissini gücləndirir və hərbi sahədə karyera qurmaq istəyən gənclərə geniş yol açır.

Görüşün sonunda şagirdləri maraqlandıran suallar cavablandırıldı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi