I sinfə sənəd qəbulunun təsdiqinə başlanıldı
31 mart 2017 – ci il tarixində Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən 2017 – 2018 – ci tədris ilində I sinifdə oxuyacaq şagirdlərin qəbul olunmuş ərizələrin məsul şəxs tərəfindən təsdiq olunmasına başlanılıb. Məsul şəxs təlim – tərbiyə işləri üzrə direktor müavini Sevinc Musayeva, əlaqələndirici Sevər Bağırovadır. Ümumilikdə 55 nəfər şagirdin (azərbaycan bölməsi üzrə - 47 nəfər, rus bölməsi üzrə - 8 nəfər) sənədləri təsdiq edilmişdir. Şagirdlərin uyğun sənədləri qəbul və təsdiq edildikdən sonra valideynlərə qəbz təqdim edildi.Uğurlar, uşaqlar!