II Məntiq Olimpiadası
1 aprel 2017 – ci il tarixində Bakı Şəhəri üzrə Təhsil İdarəsi və İstək liseyinin birgə təşkilatçılığı ilə “Lütfi Zadə adına Məktəblilərarası II Məntiq Olimpiadası”nın ilk turu keçirildi. Olimpiadada V – VI siniflər üzrə 58 nəfər şagird iştirak etdi. Şagirdlərə Azərbaycan bölməsi üzrə 2 variantda, rus bölməsi üzrə 1 variantda tərtib olunmuş sual kitabçaları paylandı. Olimpiada 11:30 - da bitdi. Şagirdlərin cavabları Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən göstərilmiş müvafiq ünvana yerləşdirildi.