SPEX Layihəsi iştirakçıları ilə görüş
31 mart 2017 – ci il tarixində məktəbimizin SPEX layihəsində iştirak edən müəllimlər ilə məktəb rəhbərliyi arasında görüş oldu. Görüşdə layihə çərçivəsində əldə olunan və əldə olunacaq üstünlüklər, 3 ay ərzində nələrə nail olduqları müzakirə edildi. “Speaking, an hearing bölmələrində nə əldə etdiniz” sualı müəllimlərin ürəyincə oldu. Müəllimlər təlimlərin maraqlı və müsbət üstün cəhətlərindən öz razılıqlarını bildirdilər. Məktəbimiz təlim mərkəzi olduğu üçün yaradılmış qrupların fəaliyyəti barədə söhbət aparıldı. Layihədəki maraqlı qrup oyunlarından danışıldı.Müəllimlər və məktəb rəhbərliyi layihə təşkilatçılarına və bu işdə əməyi olanlara öz minnətdarlığını bildirdilər.