31 Mart Soyqırımı günü anıldı

Şagirdlərdə xalqımıza qarşı törədilmiş faciələr haqqında bilgilərin artırılması, tarixi hadisələrə düzgün rəy vermək bacarığının formalaşdırılması, xalqımızın qəhrəmanlıq salnaməsinin təbliği məqsədilə məktəbdə tədbirlərin keçirilməsi ənənə halını almışdır. Bu gün məktəbdə 31 Mart soyqırımı günü münasibətilə tədbir keçirildi. Tarix müəllimləri Aynur Fərəcova, Rəhilə Heydərli, Saday Qasımov şagirdlər qarşısında çıxış edərək ermənilərin 1918 – ci ilin 30 martından 2 aprelə qədər Qubada, Salyanda, Zəngəzurda 150 minə yaxın insanın vəhşicəsinə qətlə yetirdiyi, törədilmiş ağılasığmaz hərəkətlər haqqında ətraflı məlumat verdilər. Tədbirdə şagirdlər “Quba məzarlığı” haqqında səhnəcik göstərdilər. Faciənin dəhşətlərinin əksi olan kompozisiya nümayiş olundu, şeirlər də səsləndi. Mübariz Tağıyevin ifasında səslənən “Qalx Ulu Torpaq” mahnısı tədbir iştirakçılarının vətənpərvərlik hissini coşdurdu. Məktəbin direktoru Tünzalə Zeynalova soyqırım qurbanlarının xatirəsini ehtiramla yad edərək ermənilərin xalqımıza qarşı törətdikləri cinayətlərin davam etdiyini söylədi. Bu gün Qarabağın dilbər guşələri erməni tapdağındadır. Lakin inanırıq ki, Prezident İlham Əliyevin düzgün siyasəti nəticəsində düşmənlər torpaqlarımızdan qovulacaq, xalqımız qələbə sevincini yaşayacaqdır.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi