Sanitar - gigiyena qaydalarına riayyət edək
Məktəbin fəaliyyət planının 1.4.16 - cı bəndinə uyğun olaraq "Uşaqların cinsi maarifləndirilməsi, oğlan və qız tərbiyəsindəki fərqlilik tərbiyəsi" istiqamətində "Ümidli gələcək" Gənclər Birliyi tərəfindən 29 mart 2017 - ci il tarixində məktəbdə VI sinif şagirdləri ilə "Reproduktiv sağlamlığın tədrisi" mövzusunda seminar keçirildi. Seminarda yetkinlik yaşına çatmış qızlara sanitar - gigiyena qaydalarının gözlənilməsi ilə bağlı ətraflı məlumat verildi, praşüralar paylanıldı.