Azərbaycan tarixini öyrənirik

Azərbaycanın tarixi keçmişi, görkəmli şəxsiyyətləri və qəhrəmanlıq salnaməsini öyrənmək baxımından məktəbdə bir sıra işlər görülür. Məktəb rəhbərliyi və tarix müəllimləri 28 mart 2017 – ci il tarixində 9c sinfində “50 – 60 – cı illərdə milli oyanış cəhdləri” mövzusunda keçirilmiş dərsi dinlədi. Dərsdə XX əsrin 50 – 60 – cı illərində dövlətçilik ənənələri, milli oyanış cəhdləri və bu dövrün ictimai – siyasi həyatında xüsusi rolu olan dövlət xadimləri haqqında ətraflı məlumat verildi, videoçarx nümayiş olundu. Şagirdlər bu dövrün hadisələrinin bədii əksi olan əsərlərdən, həmçinin Bəxtiyar Vahabzadənin “Gülüstan” poemasından parçalar söylədilər. Azərbaycanda milli oyanış dövründə böyük siyasi xadim kimi yeni bir liderin, ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlişi, Azərbaycan xalqının tarixində misilsiz xidmətləri ətraflı işıqlandırıldı.Dərs Mart soyqırımı ərəfəsinə təsadüf etdiyi üçün soyqırımla bağlı video – çarx göstərildi və baş vermiş hadisələr müasir dövrlə əlaqələndirildi. Yekun mərhələsində Ali Baş Komandan İlham Əliyevin “Cocuq Mərcanlıda asdığımız qələbə bayrağı tezliklə bütün Qarabağ torpaqlarında asılacaq” sözləri şagirdlərdə böyük qələbəyə inam hissini bir daha artırdı.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi