İslam ölkələrinin həmrəylik festivalı

15 mart 2017 - ci il tarixində “İslam Həmrəyliyi İli” çərçivəsində Binəqədi rayonunda yerləşən Heydər Əliyev adına mədəniyyət və istirahət parkında Novruz bayramı münasibətilə “İslam ölkələrinin həmrəylik festivalı” keçirilmişdir. Keçirilən festivalda rayon rəhbərliyi, millət vəkilləri, Sudan, İraq, İndoneziya Respublikasının səfirləri, Misir Ərəb Respublikası, Səudiyyə Ərəbistanı Krallığı, Qətər dövləti, Birləşmiş Ərəb Əmirliyi, Pakistan İslam Respublikası, Türkiyə Respublikasının diplomatları, “Bakı 2017" IV İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsi, rayonun icra strukturlarının və hüquq-mühafizə orqanlarının rəhbərləri, eləcə də ictimaiyyət nümayəndələri iştirak etmişlər. 283 və 276№ - li tam orta məktəbin şagirdləri İndoneziya dövlətinin milli mətbəxi, adət - ənənələri, incəsənət nümunələri ilə festival iştirakçılarını tanış etdilər. İndoneziya səfirliyinin əməkdaşları məktəblilərin təqdimatını böyük maraq hissi ilə qarşıladılar, hətta şagirdlərlə birlikdə öz milli rəqslərini etdilər, xatirə şəkilləri çəkdirdilər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi