BSQ - lərə start verildi
Məktəbin fəaliyyət planına əsasən şagird nailiyyətinin qiymətləndirilməsi məqsədilə BSQ üçün təsdiq olunmuş məktəbdaxili qrafikə müvafiq olaraq yanvarın 13 – dən birinci yarım ilin Böyük Summativ Qiymətləndirmələrinin keçirilməsinə start verildi. Məktəbin II – XI siniflərində tədris dili, riyaziyyat və ingilis dili fənlərindən, IV, IX, XI siniflərində isə bütün fənlərdən qrafikə uyğun olaraq qiymətləndirmə aparılması nəzərdə tutulur. Şagirdlər onlara təqdim olunan tapşırıqları ayrılmış zaman müddətində yerinə yetirdilər.
Bütün şagirdlərin qiymətləndirmədə iştirakı təmin olundu.
BSQ – lərin keçirilməsi davam edir.