“Molla Nəsrəddinin əfsanəvi müdrik dərsləri” – III yer

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin dəstəyi və Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin (RUGİM) təşəbbüsü və təşkilatçılığı ilə “Molla Nəsrəddinin əfsanəvi müdrik dərsləri” mövzusunda respublika müsabiqəsinin final və mükafatlandırma mərasimi keçirilib.

10-16 yaşında şagirdlər arasında keçirilmiş müsabiqənin məqsədi Molla Nəsrəddin lətifələrinin qeyri-maddi mədəni irsimizin hikmətli və yumoristik təhlil nümunəsi kimi tanıdılması, zəmanəsinin filosofu və müdrik şəxsiyyəti olan Molla Nəsrəddin hikmətinin bir miras kimi gələcək nəsillərə ötürülməsi, uşaqların yumor anlayışlarının, həmçinin Mollanın obrazının yaradılmasında şagirdlərin düşünmə və yaradıcılıq qabiliyyətinin, aktyor ifaçılığı bacarıqlarının inkişaf etdirilməsi, asudə vaxtlarının səmərəli keçirilməsi olub.

Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktoru Firuzə Sultan-zadə çıxışında müsabiqənin zəngin mədəni irsimizin, xüsusilə də Molla Nəsrəddinin gənc nəslə tanıdılması və onlara bu müdrik şəxsiyyətin həyat və düşüncə tərzindən ilham alması baxımından böyük əhəmiyyət kəsb etdiyini bildirib.

Məktəbin 7ç sinif şagirdləri Əli Məmmədli və Zibaxanım Məmmədzadə  “Mollanın sərgüzəştləri” nominasi üzrə  III yerin qalibi olmuşdur. Məktəbin qalib şagirdlərinə diplom və mükafat təqdim edilib. Həmçinin müsabiqə iştirakçılarına Bəhram Bağırzadənin müəllifi olduğu “Azərbaycan uşaqlar üçün” imzalı kitabları hədiyyə edilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi