Tükənən və tükənməyən enerji mənbələri

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin "Təhsili Dəyərə Çevirək" devizi altında "Ekologiya və Sağlamlıq" istiqamətində “Ekoloji aylıqlar” layihəsi çərçivəsində məktəbin fizika müəllimi Zəkəryəyeva Sevdanın 9ç sinfində 14 mart 2017 – ci il tarixində “Alternativ enerji” mövzusunda dərsi dinlənildi. Şagirdlər tükənən və tükənməz enerji mənbələri haqqında məlumat verdilər. Dərsdə müxtəlif videoçarxlardan, slaydlardan, şagirdlərin hazırladıqları əl işlərindən, maketlərdən istifadə olundu. Qruplar günəş, külək, su, daş kömürü, neft və qazdan alınan alternativ enerji mənbələrini əks etdirən plakatlar, maketlər üzərində öz təcrübələrini nümayiş etdirdilər. Şagirdlərin apardıqları təcrübələr maraqlı, qarşılıqlı müzakirələrlə yekunlaşdı. Sonda dərsin təhlili aparıldı.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi