Novruz milli – mənəvi dəyərimizdir

Məktəbin fəaliyyət planının 1.3.20 bəndinə uyğun olaraq milliliyin, milli – mənəvi dəyərlərin təbliği, milli bayramlarımızın qeyd olunması ilə xalqımızın milli – mənəvi dəyərlərinin yaşadılması istiqamətində 14 mart 2017 – ci il tarixində məktəbdə Novruz şənliyi keçirildi. Müxtəlif bölgələrdə keçirilən Novruz ənənələrinin əks olunduğu şənlikdə müəllim, valideyn, şagird kollektivi iştirak etdi. Şagirdlər bayrama qədər xalqımızın keçirdiyi adət - ənənələrdən, Su,Od,Yel, Torpaq çərşənbəsindən söz açdılar. “Xıdır İlyas”, “ “A Yel baba”, “Kosa – kosa”, “Papaq atdı”, “Üzük falı”, “Qulaq falı” xalq – oyun tamaşaları maraqla qarşılandı. Novruzun sevimli personajları olan Kosa ilə Keçəl öz maraqlı çıxışları ilə uşaqları sevindirdi. Şənliyin ən maraqlı məqamlarından biri pəhləvanların güləşməsi, aşıqların deyişməsi oldu. Məktəbin gənc müəllimlərinin milli geyimdə səhnəyə çıxıb haxışta deməsi ilə tədbir daha da canlandı. Qarabağ bölgəsinin Novruz adət - ənənələrindən bəhs edən şagirdlər üçrəngli bayrağımızın tezliklə Qarabağda ucaldılması və orada yallı getmək arzusunda olduqlarını bildirdilər. Sonda məktəbin direktoru Tünzalə Zeynalova bütün şənlik iştirakçılarını İlaxır çərşənbə və Novruz bayramı münasibətilə təbrik etdi. Məktəbdə keçirilən tədbirlərin ənənə halı aldığını, lakin bu baxımdan Novruz bayramı ilə əlaqədar keçirilən tədbirin xalqımızın milli adət - ənənələrini öyrətmək, yaşatmaq istiqamətində böyük əhəmiyyət kəsb etdiyini qeyd etdi. Tünzalə Zeynalova bütün xalqımızın tezliklə Novruz tonqalını işğaldan azad olmuş Qarabağ torpağında yandırılacağı günə az qaldığını bidirərək Cocuq Mərcanlıda bu gün dalğalanan üçrəngli bayrağımızın tezliklə bütün Qarabağ torpağında ucaldılması arzusu ilə tədbiri yekunlaşdırdı.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi