2 nömrəli Pedaqoji Şura iclası

Dekabrın 6 – da məktəbin fəaliyyət planına uyğun olaraq Pedaqoji Şura iclası keçirildi. İclasda məktəb rəhbərliyinin gündəlikdə qarşıya qoyulmuş məktəbdə şagird davranış qaydalarının tətbiqi,evdə təhsil və  dərnək məşğələlərinin tədrisi vəziyyəti, VIII siniflərdə keçirilmiş monitorinqin nəticələri haqqında məruzə, IX Respublika Fənn Müsabiqəsində şagirdləri qalib olan müəllimlərin məktəb rəhbərliyi tərəfindən mükafatlandırılması və qarşıda duran məsələlər kollektivin nəzərinə çatdırıldı.

Pedaqoji Şura iclasında məktəb rəhbərliyi və məktəbin həmkarlar ittifaqı tərəfindən Respublika Fənn Müsabiqələrində uğur qazanan şagirdlərin fənn müəllimləri Nəzakət Məmmədli, Naidə Isayeva, Sahilə Muradova, Aynur Mürşüdova və məktəbin rus dili və ədəbiyyatı müəllimi Zərifə Aslanova səmərəli pedaqoji fəaliyyətinə Fəxri Fərmanla təltif olndular.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi