“Təhlükəsiz məktəb” – valideynlərlə görüş
Ümumi təhsil müəssisələrində şagird təhlükəsizliyi barədə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən daxil olmuş 08.10.2024-cü il tarixli əmrə əsasən məktəbdə bir sıra maarifləndirici görüşlərin, seminarların, təhlükəsizlik tədbirlərinin həyata keçirilməsi nəzərdə tutulmuşdur. Bu məqəsədlə dekabrın 5 – də məktəbin akt zalında məktəb rəhbərliyinin. Məktəbin psixoloqunun V sinif valideynləri ilə "Təhlükəsiz məktəb" adlı maarifləndirici görüşü keçirildi.
Maarifləndirici görüşlərin keçirilməsində məqsəd ümumi təhsil müəssisələrində normal iş ahənginin qurulması və təlim-tərbiyə prosesinin mövcud qanunvericiliyin tələblərinə uyğun aparılması, “təhlükəsiz məktəb” anlayışının şagirdlərin, müəllimlərin və məktəb kollektivinin digər üzvlərinin özlərini fiziki, psixoloji və sosial baxımdan tam sərbəst hiss etdikləri yer olması fikrini formalaşdırmaqdır.
Məktəb rəhbərliyi ilk öncə təhsilalanların uğurlu nəticə əldə etmələri üçün müəllim – şagird – valideyn üçbucağı ilə işi düzgün təşkil etmənin əhəmiyyətini hər kəsin diqqətinə çatdırdı. Şagirdlərin uğurlu nəticələrə nail olması üçün “təhlükəsiz məktəb” anlayışının mahiyyətindən bəhs etdilər.
Məktəbin psixoloqu Nigar Bəkirova internetin geniş istifadə olunduğu dövrdə uşaqların telefona, kompüterə və təbii ki, sosial şəbəkələrə maraqlarının artdığını söylədi. Nigar Bəkirova qeyd etdi ki, uşaqların formalaşmasında ərtafında olan insanların rolu böyükdür. Onu da bildirdi ki, uşaqların məktəb və yeniyetməlik dövründə zərərli vərdişlərə marağı daha da artır. Məhz bu səbəbdən həm valideyn, həm də təlim-tərbiyyə müəssisələri sadəcə onların mənfi təsirlərindən qorunmağın yollarını uşaqlara aşılamalıdırlar.
Sonda təhlükəsizliklə bağlı videoçarx nümayiş etdirlidi. Valideynləri maraqlandıran suallar cavablandırıldı.