Sirli – sehirli dünya

13 mart 2017 – ci il tarixində 3a sinif şagirdlərinin hazırladıqları “Nağıllar aləminə səyahət” tamaşası göstərildi. Müəllim, valideyn və şagirdlərin dəvətli olduğu bu nağıl – tamaşa böyük maraqla qarşılandı. Səhnədə ilk görünən nağıllar aləminin qəhrəmanı sehirbaz hamını salamladı və nağılllar aləminə səyahətə dəvət etdi. Şagirdlər “Cırtdanın nağılı”, Cik – cik xanımın nağılı”, “Tıq – tıq xanımın nağılı”, “Balıq və balıqçı nağılı”(rus dilində), “Turpun nağılı”(ingilis – dilində), “Aslan və fare”(türk dilində), “Qarğa, sağsağan və yarasa” təmsilindəki personajları məharətlə canlandırdılar. Şagirdlərin oxuduqları mahnılar, şeir və rəqslər də maraqlı idi. Məktəbin direktoru Tünzalə Zeynalova şagirdlərin hazırladıqları bu nağıl – tamaşadan zövq aldığını, göstərilən səhnəciklərin ibrətamiz, tərbiyəvi mahiyyət daşıdığını bildirdi. Şagirdlərin bu əsərlərin səhnələşdirməsinin mütaliə bacarıqlarının möhkəmləndirilməsi baxımından da məqsədəuyğun olduğu qeyd olundu. Nağıl – tamaşanın hazırlanmasında fəallıq göstərən şagirdlər məktəb rəhbərliyi tərəfindən diplomlarla təltif olundular.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi