“Erkən nikah və fəsadları”

Noyabrın 28 – də məktəbin akt zalında məktəbdənkənar və sinifdənxaric işlər üzrə təşkilatçı Sevda Rzayeva, məktəbin psixoloqu Nigar Bəkirova, məktəbin bir qrup müəllimi IX sinif şagirdləri ilə  “Erkən nikaha və fəsadları!” adlı  maarifləndirici seminar keçirdilər.

Seminarda bildirilmişdir ki, ölkə qanunlarına əsasən 18 yaşını tamamlamayan hər bir şəxs uşaq sayılır, 18 yaşdan əvvəl həyata keçirilən evliliklər erkən evlilik hesab olunur və qanun pozuntusu sayılır. Digər tərəfdən də erkən yaşda uşaqlar ailə qurmağa fizioloji, psixoloji cəhətdən hazır olmurlar və bu cür erkən nikahlar sonradan onların həyatında bir sıra böyük fəsadlar yaradır. Bu fəsadlar məişət zorakılığından tutmuş, doğuş zamanı ana-uşaq ölümləri və fiziki-psixoloji çətinliklərlə kimi bir çox problemlərə yol açır. Belə hallara qanunvericiliklə icazə verilən yaşda ailə quranlarla müqayisədə, erkən nikaha girən ailələrdə daha çox rast gəlinir.

Tədbirin sonunda mövzu ətrafında suallar cavablandırıldı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi