Erkən nikaha yox deyək!
Noyabrın 28 – də məktəbin akt zalında məktəbdənkənar və sinifdənxaric işlər üzrə təşkilatçı Sevda Rzayeva, məktəbin psixoloqu Nigar Bəkirova, məktəbin bir qrup müəllimi VIII sinif şagirdləri ilə “Erkən nikaha yox deyək!” adlı maarifləndirici seminar keçirdilər.
Şagirdlərə erkən nigahın fəsadları və gələcəkdə yarana biləcək psixi və fiziki problem haqqında geniş məlumat verildi. Seminarda qeyd olundu ki, erkən nikahlar fərdin psixi mənəvi və bioloji cəhətdən inkişafına təsir edən, təhsildən yayındıran, sosiallaşmasına mane olan önəmli faktordur. İştirakçıların diqqətinə beynəlxalq statistik məlumatlar çatdırılaraq, hər il dünyada 10 milyona yaxın uşağın erkən nikaha məruz qaldığı söyləndi . Erkən nikahlar beynəlxalq səviyyədə uşaq istismarının bir növü hesab edilir və buna qarşı mübarizə tədbirləri həyata keçirilir.
Sonda şagirdlər mövzu ilə bağlı maarifləndirici videoçarx izlədilər.