Aprel şəhidlərinin ailələri ilə görüş keçirildi

11 mart 2017 - ci il tarixində məktəb rəhbərliyi, XI sinif şagirdləri və Binəqədi qəsəbə icra nümayəndəsi Əliyev Elxan Bədrəddin oğlu ilə birlikdə Binəqədi rayonunun ərazisindəki 2 nəfər aprel şəhidlərinin ailələrini ziyarət etdilər. 1. 2016 - cı il aprel ayının 6 - da qoşunların təmas xəttində şəhid olmuş Azərbaycan Milli Ordusunun əsgəri, kəşfiyyatçı Bağırov Emin İlham oğlu2. 2016 - cı il aprel ayının 2 - də cəbhənin Tərtər istiqamətində hərbi xidmətini yerinə yetirərkən şəhid olmuş Azərbaycan Milli Ordusunun əsgəri Qurbanlı Fəxrəddin Seyfəddin oğlu Hər iki şəhidin valideynləri şəhidlər haqqında maraqlı məlumatlar verdilər, övladlarının şəhidlik zirvəsinə yüksəldikləri üçün qürur duyduqlarını bildirdilər. Şəhid ailələri övladlarının hərbi xidmətdə olduqları dövrdə olan albomlar və fikirlərini XI sinif şagirdləri ilə bölüşdülər. Sonda şəhid Fəxrəddin Qurbanlının atası qeyd etdi ki, aprel döyüşləri nəticəsində Qarabağın işğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev 24 yanvar 2017 - ci il tarixində sərəncam imzalamışdır. Bununla da tarixən burada yaşamış dinc əhalinin öz doğma yurdlarına qayıtması üçün Azərbaycan Silahlı Qüvvələrinin tam nəzarətinə keçmiş həmin ərazilərdə əsaslı yenidənqurma işlərinin başlanmasına şərait yaranmışdır. Azərbaycan torpaqları uğrunda qəhrəmancasına həlak olmuş bütün şəhidlərimizə rəhmət diləyirik! Vətən sağ olsun!
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi