Alternativ eneji

“Təhsili Dəyərə Çevirək” devizi altında “Ekologiya və sağlamlıq” istiqamətində ekoloji aylıqlar layihəsi davam edir. Bu baxımdan məktəbdə 10 mart 2017 – ci il tarixində fizika müəllimlərinin hazırladığı “Alternativ enerji” mövzusunda növbəti tədbir keçirildi. Fizikanın qədim, möcüzəvi, hər şeyə qadir elm olması şagirdlərin ifa etdikləri mahnılarda, səhnəciklərdə ifadə olundu. Məktəblilərin öz düçüncələri ilə hazırladıqları əl işləri – alternativ enerji ilə işləyən təyyarə modeli, kalkulyator, dəyirman maketi nümayiş olundu. Alternativ enerji mənbələrinin potensial imkanlarının sonsuz olması, ekoloji baxımdan təmizliyinin heç kəsdə şübhə doğurmadığı qeyd olundu. Aparıcıların alternativ enerji ilə bağlı zala verdikləri sualları şagirdlər dolğun şəkildə cavablandırdılar. Tədbirdə şagirdlərin mövzu ilə bağlı hazırladıqları 33 divar qəzetinin təqdimatı oldu. Tədbirin sonunda məktəbin direktoru Tünzalə Zeynalova şagirdlərin müstəqil yaradıcı işlərini - modelləri, divar qəzetlərini, apardıqları təcrübələri yüksək qiymətləndirdi. Onların öyrəndikləri bilik və bacarıqları düzgün tətbiq etdiklərini qeyd edərək daha da mükəmməlləşdirməyi tövsiyə etdi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi