44 günlük Şanlı Zəfərimiz!

Noyabrın 7 – də məktəbin ibtidai sinif müəllimi Yeganə Həsənovanın 4c sinif şagirdləri ilə, məktəbin rus bölməsininin rus dili və ədəbiyyatı müəllimi Zərifə Aslanovanın 6e sinif şagirdləri ilə birgə “8 Noyabr Zəfər Günü”nə həsr olunmuş tədbir keçirdilər.  Tədbirdə məktəb rəhbərliyi, müəllimlər, valideynlər və şagirdlər iştirak edirdilər.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başladı. 44 günlük İkinci Qarabağ müharibəsindəki şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad edildi.  

Zərifə Aslanova öz nitqində : “8 Noyabr Azərbaycanın tarixinə silinməz izlərlə yazılmış tarixi ədalətin bərpa edildiyi zəfər günüdür. Dəmir Yumruq əməliyyatı ilə başlayan və 44 gün ərzində davam edən İkinci Qarabağ savaşı nəticəsində işğal altında olan torpaqlarımız düşmən tapdağından azad edildi. Bəli, qürurla deyə bilərik ki, bu gün biz qalib ölkənin vətəndaşlarıyıq! Hər bir Azərbaycan vətəndaşı xoşbəxtdir ki, bu tarixi qələbənin şahidi oldu. 8 Noyabr 2020 – ci il Bu tarixi qələbə sevincini bizə yaşadan Müzəffər Ali Baş Komandanımıza və Ordumuza borcluyuq. Vətən naminə canlarından keçən şəhidlərimizin əziz xatirəsi qəlbimizdə daim yaşayacaqdır. 30 illik münaqişəni 44 günə sona çatdıran bu qısa müharibə dünya hərb tarixinə misli görünməmiş savaş kimi düşdü.” fikirlərini söylədi.

4c sinif şagirdlərinin hazırladıqları “Qarabağı azad etdik!” adlı səhnəcik hər kəsi bir anlıq 2020 – ci il qələbə sevincinin yaşadıldığı günlərə qaytardı. Şagirdlər eyni zamanda işğaldan azad olunmuş torpaqlarımızın təbii ehtiyyatları, fauna və florası, tanınmış simaları haqqında informasiyaları paylaşdılar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi