Zəfərin mübarək, Azərbaycan!
283 nömrəli tam orta məktəb şagirdlərdə vətənpərvəlik tərbiyəsi və təbliğində fəaliyyətini uğurla davam etdirir. Vətən torpağına sədaqət hislərini aşılamaq məqsədilə “8 Noyabr Zəfər Günü”nə həsr olunmuş “Zəfərin mübarək, Azərbaycan!” adlı ədəbi – bədii tədbir keçirilmişdir. Məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Xuraman Yusifkənan şagirdlərdə vətənpərvərlik, həmrəylik və qəhrəmanlıq kimi ülvi hisləri yüksəltmək məqsədilə “Qarabağdan gələn səslər”, “Şuşalı vətənim” kompozisiyaları, şeirlər və musiqilərlə tədbir iştirakçılarını Zəfər bayramı münasibətilə təbrik etmişlər.
Tədbirdə iştirak edən İkinci Qarabağ müharibəsinin Şəhidi baş leytenant İlkin Məmmədzadənin anası Fatma xanım, İkinci Qarabağ müharibəsinin Şəhidi, ədliyyə kapitanı Ruhin Xəlilovun bacısı Gülnar xanım, Birinci və ikinci Qarabağ müharibəsinin qazisi Zaur Hətəmov, İkinci Qarabağ müharibəsinin qazisi, məktəbin məzunu Zakir İmanov tədbirin təşkilatçılarına təşəkkür etdilər.
Məktəbin direktoru Sevinc Musayeva iştirakçılara öz səmimi arzularını çatdırmışdır.