Bir dərsin təhlili

Məktəbdə fənlərin tədrisi vəziyyətini öyrənmək istiqamətində görülən işlərdən biri də müəllimin peşəkarlıq səviyyəsinin müəyyənləşdirilməsidir. Bu məqsədlə məktəbimizdə mütəmadi olaraq qarşıılıqlı dərsdinləmələr, nümunəvi dərslərin təşkili, dinlənilmiş dərslərin müzakirəsi keçirilir. Bu baxımdan tarix müəllimi Nadirova Sevincin 9 mart 2017 – ci il tarixində 8a sinfində “Azərbaycan SSR – nin tərkibində Dağlıq Qarabağ Muxtar Vilayətinin yaradılması” mövzusunda dərsi dinlənildi. Şagirdlər “Şuşa”, “Laçın”, “Füzuli”, “Xankəndi” adlı qruplarda verilmiş tədqiqat sualının araşdırılması istiqamətində işlər gördülər. Fənn müəllimi Qarabağın məşhur şəxsləri ilə bağlı slaydların nümayişi ilə maraqlı motivasiya qurdu. Coğrafiya, ədəbiyyat, informatika fənlərinə inteqrasiya olundu. Dərsdə beyin həmləsi, klaster, müzakirə üsullarından istifadə olunmaqla Qarabağın tarixi ilə bağlı faktlar araşdırıldı, Azərbaycanın 1920 – ci ildə bolşeviklər tərəfindən işğalı, Qarabağ Muxtar Vilayətinin yaradılması ilə bağlı təqdimatlar oldu. Ermənilərin Qarabağ torpaqlarına iddiası, işğalçılıq planları, torpaqlarımızın azad olunması uğrunda gedən döyüşlər, vətən uğrunda şəhid olan igidlərimizlə bağlı ətraflı məlumatlar verildi. Dərs ölkə başçısı İlham Əliyevin “Torpaqlarımızın bir qarışını da düşmənə verməyəcəyik” sözləri ilə yekunlaşdı.Sonda dərsin təhlili aparıldı.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi