Uşaq hüquqları insan hüquqlarıdır!

Noyabrın 6 – da  məktəbin informatika müəllimi Sahilə Muradova 7a sinif şagirdləri ilə  “20 Noyabr Beynəlxalq Uşaq Hüquqları Günü”nə həsr olunmuş “Uşaq hüquqları insan hüquqlarıdır!”adlı dəyirmi masa keçirdi.

Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra Sahilə Muradova çıxış edərək uşaq hüquqlarının müdafiəsi, uşaqların normal formalaşması, sağlam böyüməsi istiqamətində qəbul edilən bir çox dövlət proqramları ilə uşaqları tanış etdi. O, qeyd etdi ki, hər bir dövlət proqramı uşaqların hüquq və maraqlarının müdafiəsi, vahid dövlət uşaq siyasətinin formalaşdırılması, tənzimlənməsi və həyata keçirilməsi, uşaqların fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsinin təmin olunması sahəsində milli konsepsiyanı inkişaf etdirməyə yönəlmişdir.

Məktəbin məktəbdənkənar və sinifdənxaric işlər üzrə təşkilatçısı Sevda Rzayeva dəyirmi masa iştirakçılarına uşaqlara göstərilən diqqət və qayğıdan danışdı, həmin qayğının artırılması üçün cəmiyyətin hər bir üzvünün bütün gücünü səfərbər etməli olduğunu söylədi.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi