Şanlı Zəfər Tariximiz
Azərbaycan Respublikasinin Prezidenti, Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altinda rəşadətli Azərbaycan Ordusunun 44 günlük Vətən Müharibəsindəki şanlı qələbəsindən 4 il ötür. Zəfər Günü Azərbaycanin müasir tarixinə qızıl hərflərlə yazılmışdır.
Noyabrın 4 – də məktəbin ibtidai sinif müəllimi İlahə Əliyevanın 4e sinif şagirdləri ilə birgə təşkil etdiyi silsilə tədbirlərdən olan "Şanlı Zəfər tariximiz" adlı tədbir keçirildi.
İlahə Əliyeva 2020 – ci il sentyabrın 27 – də başlayan, 44 gün davam edən və işğal altındakı ərazilərimizin azad olunması ilə nəticələnən Vətən müharibəsinin tariximizin ən parlaq səhifəsinə, Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevridiyini söylədi.