İndi dünya yaşıl düşünür!

             Noyabrın 1 – də məktəb rəhbərliyinin iştirakı ilə məktəbin biologiya müəllimi Siranə Əliyevanın və informatika müəllimi Sahilə Muradovanın təşkilatçılığı ilə açıq havada “Yaşıl Dünya Naminə Həmrəylik ili” çərçivəsində “İndi dünya yaşıl düşünür!” adlı tədbir keçirildi.

             Tədbirdə məktəb rəhbərliyi COP29-un Azərbaycan üçün müxtəlif sahələrdə faydaları olacağını, ölkənin ekoloji vəziyyətini yaxşılaşdıracağını, nəticədə havanın keyfiyyətini artıracağını qeyd etdi.

             Sahilə Muradova öz çıxışında: “Bu il Azərbaycan dünyanın ən böyük və mühüm dövlətlərarası tədbirlərindən biri olan COP29 – a ev sahibliyi edəcək. Azərbaycanın xüsusilə son 30 ildə işğal altında olan torpaqlarında ekosistem dağıdılmış, ətraf mühit müxtəlif çirklənmələrə məruz qalmışdır. İşğal dövründə həmin ərazilərdə su mənbələrindən kortəbii istifadə, meşə və qiymətli ağac növlərinin kütləvi məhv edilməsi, fauna – flora balansının pozulması ölkəmizə yüz milyonlarla dollar həcmində ekoloji ziyan vurub. Qarabağ və Şərqi Zəngəzurda mina təhdidi davam edir. Bütün bunlara görə Azərbaycan ətraf mühitin həddən çox çirklənməyə məruz qalan azsaylı ölkələrdən sayılır. Dünya əhəmiyyətli tədbirin Azərbaycanda keçirilməsi bu problemlərin həllinə müsbət təsir edəcək” fikrini səsləndirdi.

             Məktəbin biologiya müəllim Siranə Əliyeva "yaşıl enerji"yə keçidin "yaşıl iqtisadiyyat"ın gündəliyində dayanan vacib faktor kimi dünyanın diqqətini cəlb etdiyini söylədi. "Yaşıl enerji"nin işığını artırmaq üçün COP29-a hazırlıq prosesində "yaşıl dünya"ya açılacaq qapının şüarı "Yaşıl dünya naminə həmrəy olaq!" seçilməsinin məhz bu səbəbdən olduğunu qeyd etdi.

            Sonda şagirdlər “Yaşıl həyatın özüdür!”, “Yaşıl irəli deməkdir!”, “Dünya bizim evimizdir!”, “Evimizi təmiz saxlayaq!”, “Ağacları qoruyaq!”, “Suya qənaət edək!”, “Plastik tullantılardan imtina edək!”, “Təbiəti yanğından qoruyaq!”, “Yaşıl düşünək, yaşıl görək!”, “Yaşıl dünya naminə həmrəy olaq!” şüarlarını səsləndirdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi