Şəhidlər ən ali qürur mənbəyimizdir!
Şəhidlər ən ali qürur mənbəyimizdir!
Oktyabrın 27 – də məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Ruhəngiz Cəbiyevanın təşkilatçılığı ilə 5ç sinif şagirdləri və bir qrup valideyn Şəhid baş leytenant İlkin Məmmədzadənin evini ziyarət etmişlər. Ziyarət zamanı onları çox isti qarşılayan Şəhid anası Fatma xanım İlkinin adına düzəldilmiş bulaqla şagirdləri tanış etmiş, onun həyat hekayəsini, cəbhədə göstərdiyi şücaəti böyük ürək yanğısı və qürurla danışmışdı.
Səmimi süfrə arxasında görüşdən sonra şagirdlər sinif rəhbəri və şəhid anansı ilə birgə Sumqayıt Şəhidlər Xiyabanını ziyarət edərək İkinci Qarabağ müharibəsi Şəhidlərini yad etmişlər.
Görüşün sonunda sinif rəhbəri Cəbiyeva Ruhəngiz 5ç sinfi adından kiçik xatirə hədiyyəsini Şəhid İlkin Məmmədzadənin ev muzeyinə təqdim etmiş və belə isti qarşılanmaya görə Şəhid anası Fatma xanıma təşəkkürünü bildirmişdir.
Şəhidlər bizim and yerimiz, baş tacımızdır!