Şagird təhlükəsizlik günü

              Ümumi təhsil müəssisələrində şagird təhlükəsizliyi barədə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən daxil olmuş 08.10.2024-cü il tarixli əmrə əsasən məktəbdə bir sıra maarifləndirici görüşlərin, seminarların, təhlükəsizlik tədbirlərinin həyata keçirilməsi nəzərdə tutulmuşdur. Bu məqəsədlə oktyabrın 28 – də məktəbin VIII, IX sinif şagirdləri ilə "Şagird təhlükəsizlik günü" adlı maarifləndirici görüş keçirildi.

Maarifləndirici görüşlərin keçirilməsində məqsəd ümumi təhsil müəssisələrində normal iş ahənginin qurulması və təlim-tərbiyə prosesinin mövcud qanunvericiliyin tələblərinə uyğun aparılması, “təhlükəsiz məktəb” anlayışının şagirdlərin, müəllimlərin və məktəb kollektivinin digər üzvlərinin özlərini fiziki, psixoloji və sosial baxımdan tam sərbəst hiss etdikləri yer olması fikrini formalaşdırmaqdır.

              Maarifləndirici görüşdə məktəbin həkimi Ülviyyə Mirzəyeva və tibb bacısı Yeganə Daşdəmirova Qida təhlükəsizliyi, sanitar – gigiyenik təhlükəsizlik mövzularında şagirdlərlə maarifləndirici söhbət apardı. Qeyd olundu ki, məktəblilərin sağlamlıq vəziyyəti onların özlərindən yaşadıqları həat tərzindən, vərdiş, qidalanma və gündəlik fəaliyyət rejimindən, tədrisin və asudə vaxtın səmərəli təşkilindən asılıdır.

               Məktəb rəhbərliyi öz çıxışlarında “Təhlükəsiz məktəb”in sadəcə yoxlama cihazları, metal detektorlar, kameralar və tikanlı məftillər ilə qorunan, ətrafında polislərin gəzdiyi, qorxulu və təşvişə salan məktəb olmadığını söylədi. Bir məktəbi təhlükəsiz edən əsas faktor məktəbin texniki bazasından və qoruyucu silahlarından çox, binadakı fərdlərin olduğunu vurğuladı. Çünki təhlükəsiz məktəb sadəcə baş verə biləcək hadisələrə qarşı öncədən tədbir alan deyil, eyni zamanda davamlı təhdidlərə qarşı məktəbi hazırlayan və məruz qaldıqları təhlükələr ilə mübarizədə şagirdlərin reflekslərini təkmilləşdirən məktəbdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi