Çərşənbə iməcilikləri - Yel çərşənbəsi

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin "Təhsili Dəyərə Çevirək" devizi altında "Ekologiya və Sağlamlıq" istiqamətində həyata keçirilən "Çərşənbə iməcilikləri" davam edir. 7mart 2017 - ci il tarixində keçirilmiş iməcilikdə məktəbin kollektivi SOCAR şirkətinin dəstəyi ilə həyətyanı sahədə ağacəkmə aksiyası keçirdi. 40 – dan çox şam ağacı tingi əkilib sulandı. Həyətyanı sahədəki ağacların dibləri belləndi, gövdəsi ağardıldı. Məktəbin daxilində də təmizlik işləri aparıldı, pəncərələr silindi. Ağacəkmə aksiyasında Bakı Şəhəri üzrə Təhsil İdarəsinin İnkişaf layihələri sektorunun baş məsləhətçisi Sevinc Əzimova, ümumtəhsil sektorunun məsləhətçisi Xalidə İbrahimova iştirak etdi. Ağacəkmə aksiyasının sonunda məktəbin idman meydançasında bayram tonqalı qalandı. Məktəbin fiziki tərbiyə müəllimi Rəşad Səfərov qarmonda müşayiəti ilə kollektivi Yel çərşənbəsi, həm də qadın müəllimləri 8Mart Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik etdi. Yel çərşənbəniz mübarək!
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi