“Xəmsə” Milli İntellektual bilik yarışması – I yer

6 mart 2017 – ci il tarixində Binəqədi rayonunun məktəbləri arasında “Xəmsə” Milli İntellektual bilik yarışması oldu. Final mərhələsində 4 məktəbin(3, 126, 205, 283) arasında intellektual oyun keçirildi. Bu yarış məktəblərarası rəqabəti intellektual oyuna çevirərək fərdi biliklərin nümayiş olunmasında mühüm əhəmiyyət kəsb edir. Gərgin və maraqlı şəraitdə keçən yarışmanın final mərhələsinin qalibi məktəbimizin komandası oldu. Komandamız Binəqədi Rayon Gənclər və İdman İdarəsi tərəfindən kubok, diplom və medallarla təltif olundu. Qələbə münasibəilə komandamızı təbrik edir, onlara daha böyük uğurlar qazanmağı arzu edirik.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi