Bədən tərbiyəsi və idman günü qeyd olundu

Məktəb rəhbərliyi 5 Mart - "Bədən tərbiyəsi və idman günü" münasibətilə fiziki tərbiyə müəllimlərini təbrik edərək onları Binəqədi Rayon Gənclər və İdman İdarəsinin diplomları ilə təltif etdi. Məktəbin direktoru Tünzalə Zeynalova rayon idmançılarının beynəlxalq və yerli idman yarışlarında yüksək nəticələr əldə edərək idman tariximizə öz adlarını həkk etdiklərini bildirdi. Fiziki tərbiyə müəllimi İlham Təhməzovu Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi tərəfindən kikboksinq idman növü üzrə Azərbaycan Respublikasının əməkdar məşqçisi fəxri adı alması münasibətilə kollektiv adından təbrik etdi. Belə bir əlamətdar gündə İlham Təhməzova fəxri adın verilməsi ölkə başçısı cənab İlham Əliyevin idman və idmançılara xüsusi sevgi ilə yanaşmasının məntiqi nəticəsi olduğu qeyd olundu.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi