İngilis dili fənninin tədrisi vəziyyəti öyrənildi

3 mart 2017 – ci il tarixində İngilis dili fənninin tədrisi vəziyyətinin öyrənilməsi və təkmilləşdirilməsi məqsədilə keçirilmiş tədbirlərin, dinlənilən dərslərin müzakirəsi oldu. Müzakirədə məktəb rəhbərliyi və fənn müəllimləri iştirak etdilər. Fənn metodbirləşmə sədri Yeganə Ağamirzəyevanın aylıq ərzində görülmüş işlərlə bağlı arayışı dinlənildi. Arayış ətrafında müzakirələr oldu. İngilis dili müəllimləri təhsil sahəsində dövlətin həyata keçirdiyi bütün layihələrin fəal iştirakçısı olmaq, innovativ biliklərini və təcrübələrini durmadan artırmaq, təhsil sahəsində baş verən dəyişikliklərə cavab vermək baxımından SPEX layihəsinə qoşulmalarının əhəmiyyətini qeyd etdilər. Məktəbin müəllimlərini bu layihəyə(SPEX) cəlb edən Təhsil Nazirliyinə, Bakı Şəhəri üzrə Təhsil İdarəsinə minnətdarlıqlarını bildirdilər. Məktəbin direktoru Tünzalə Zeynalova artıq ənənə halını almış tədbirlərin – “31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü” mövzusunda dəyirmi masa, “20 Yanvar” faciəsinə həsr olunmuş tədbir, Xocalı soyqırımına həsr olunmuş ingilis dilindəki kompozisiyaların hazırlanmasında ingilis dili müəllimlərin fəaliyyətini müsbət hal kimi qiymətləndirdi və gələcəkdə bu istiqamətdə işləri daha da inkişaf etdirməyi tövsiyə etdi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi