Uşaqlar bizim gələcəyimizdir
Bakı Şəhəri üzrə Təhsil İdarəsi, Bakı şəhəri 283№ - li tam orta məktəb və “Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilat İctimai Birliyi” ilə bağlanmış birgə fəaliyyət haqqında müqaviləyə əsasən 1 fevral 2017 – ci il tarixindən etibarən “Etika Akademiyası”nın təsis etdiyi etiket dərnəyi davam edir. Etiket dərnəyinin 3 mart 2017 – ci il tarixindəki mövzusu müxtəlif xalqların milli süfrə mədəniyyətindən nümunələr oldu. Mövzu uşaqlar tərəfindən maraqla qarşılandı. Verilən tapşırıqlarla bağlı maraqlı təqdimatlar oldu.