5 yaşlılar məktəbdə

Oktyabrın 1 – də məktəbdə fəaliyyət göstərən məktəbəhazırlıq qruplarında ilk dərs günü başladı. Məktəblər qapılarını təhsil üçün ilk addım kimi xüsusi yükü özündə daşıyan məktəbəhazırlıq qruplarına - 5 yaşlıların üzünə açdı. Məktəbəhazırlıq qruplarının yaradılmasında məqsəd uşaqların psixoloji dayanıqlığını yaratmaq, onların ətraf aləmə, təhsil mühitinə uyğunlaşmasına dəstək olmaqdır. Onlarda həmçinin ünsiyyət, birgə fəaliyyət bacarıqlarını inkişaf etdirməkdir. Məktəbəhazırlıq qruplarında gündə 3 məşğələ saatı olmaqla ümumilikdə həftə ərzində 12 saat məşğələ olur.

2024 – 2025 – ci tədris ilində məktəbdə ümumilikdə 5 məktəbəhazırlıq qrupunda 117 nəfər (4 Azərbaycan bölməsi üzrə – 97 nəfər, 1 rus bölməsi üzrə – 20 nəfər)  təhsil alacaq.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi