1Mart Ümumdünya Mülki Müdafiə Günüdür

1 mart tarixində Ümumdünya Mülki Müdafiə gününə həsr olunmuş maarifləndirici istiqamətdə ümumməktəb tədbiri keçirildi. II, V, VI siniflərdə keçilən mülki müdafiə dərsləri dinlənildi. Tədbirin əvvəlində Mülki Müdafiə rəhbəri məktəbin direktoru Tünzalə Zeynalova, Mülki Müdafiə Qərargahının rəisi Svetlana Kərimova mülki müdafiənin əhəmiyyəti, vəzifəsi haqqında ətraflı məlumat verdilər. Ayrı – ayrı siniflər üzrə mülki müdafiədən açıq dərslər keçirildi. Sülh və müharibə şəraitində əhalinin və ərazinin təhlükəsizliyinin, sağlamlığının təmin olunması üçün görülən tədbirlər barəsində videoçarxlar göstərildi, əməli və nəzəri məlumatlar verildi. Şagirdlər fövqəladə vəziyyət şəraitində - zəlzələ, yanğın, uçqun, sürüşmə və s. kimi vəziyyətlərdə təxliyyə olunma, ilk tibbi yardım haqqında biliklərini nümayiş etdirdilər. Mülki Müdafiə gününün keçirilməsində məktəbin hərbi rəhbəri Dərgah Əliquliyev yaxından köməklik göstərmişdir.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi