“15 Sentyabr - İlk dərs və Bilik Günü”
Sentyabın 16 – da ənənəvi olaraq “İlk dərs və Bilik Günü” adlı tədbir keçirildi. Tədbirdə məktəb rəhbərliyi, pedaqoji heyət, məktəbin məzunları, valideynlər və şagirdlər iştirak edirdilər.
Azərbaycan Respublikasının Dövlət Himni səsləndiktən sonra tədbiri giriş sözü ilə açan məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Vüsalə Davudova tədbir iştirakçılarını, qonaqları və valideynləri salamladı. Bütöv Azərbaycan sevincini bizə bəxş edən Şəhidlərimiz əziz xatirəsi 1 dəqiqə sükutla anıldı.
Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin digər sahələr kimi təhsil sahəsinə də xüsusi diqqət ayırdığı, bu qayğı və diqqətin hər kəsdə nikbin hislər yaratdığı qeyd olundu. Cənab Prezidentin sərəncamı ilə bu il tədris ilindən Qarabağ Universitetinin fəaliyyətə başlayacağı vurğulandı.
Məktəbin direktoru Sevinc Musayevaya tədbir iştirakçılarını salamlayaraq ötən tədris ilində əldə olunan uğurlar və məzunların yüksək nailiyyətləri haqqında məlumat verdi. Sevinc Musayeva yeni, 2024 – 2025 – ci tədris ilinin ilk dərslərinin “Yaşıl Dünya naminə həmrəylik ” mövzusuna həsr olunduğunu söylədi.
Tədbirdə iştirak edən qonaqlar Şəhid Rəşad Ağayevin atası Rövşən Ağayev və 652 balla Azərbaycan Dövlət Tibb Universitetinin “Müalicə işi” ixtisasına qəbul olan Ağakişiyeva Dilbər Aslan qızının valideyni Təhminə Ağakişiyeva çıxış edərək pedaqoji kollektivi və şagirdləri “15 Sentyabr Bili Günü” münasibətilə təbrik etdi və şagirdlərə təhsil həyatlarında uğurlar arzu etdi.
Sonda tədris ilinin ilk zəngi çalınaraq şagirdlər doğma sinif otaqlarına dəvət olundular.