Məktəbin şagirdi qaliblər sırasında

Bakı Şəhər Gənclər və İdman İdarəsi, “Regional İnkişaf” İctimai Birliyi və Azərbaycan Stolüstü Tennis Federasiyasının birgə təşkilatçılığı ilə iyulun 4-də yeniyetmələr arasında stolüstü tennis idman növü üzrə Bakı şəhər turniri keçirilib. Yarışda, ümummillikdə 48 nəfər idmançı iştirak edib.

Turnirin keçirilməsində məqsəd yeniyetmə və gənclər arasında  sağlam həyat tərzinin təbliği, idmana olan marağın artırılması, eyni zamanda onların asudə vaxtlarının səmərəli təşkilinə dəstək verilməsi idi.

Məktəbin 11ç sinif şagirdi Mürşüdlü Ziya turnirdə uğurlu oyun nümayiş etdirərək, həmyaşıdları arasında birincilik əldə etmişdir. Məktəbin şagirdini təbrik edir, uğurlar arzu edirik.

Turnir bağlanış tədbiri və mükafatlandırma ilə başa çatıb, qaliblərə diplom və hədiyyələr təqdim edilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi