Pedaqoji Şura iclası

İyunun 28 – də məktəbin fəaliyyət planına uyğun olaraq  Pedaqoji Şura iclası keçirildi. İclasda məktəb rəhbərliyinin gündəlikdə qarşıya qoyulmuş məktəbin 2023 – 2024 – cü tədris ilinin illik yekun hesabatı, Sinif jurnallarının işlənmə vəziyyəti, Respublika Fənn Müsabiqələrinin nəticələri haqqında məruzələr dinlənildi və növbəti 2024 – 2025 – ci tədris ilində qarşıda duran məsələlər kollektivin nəzərinə çatdırıldı.

Pedaqoji Şura iclasında məktəb rəhbərliyi və məktəbin həmkarlar ittifaqı tərəfindən Respublika Fənn Müsabiqələrində uğur qazanan şagirdlərin fənn müəllimləri Nəzakət Məmmədli, Naidə Isayeva, Sahilə Muradova, Aynur Mürşüdova, 2024 – cü il dövlət ümumi təhsil müəssisələrində çalışan təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsində ibtidai sinif və riyaziyyat fənni üzrə yüksək nəticə göstərən müəllimlər, Sevinc Əhmədova, Samirə Kərimova, Afiqə Kərimova, Səbinə Əskərova, eyni zamanda “26 iyun Azərbaycan Respublikası Silahlı Qüvvələri Günü” münasibətilə məktəbin bir sıra müəllimləri və texniki işçiləri 2023 – 2024 – cü tədris ilində səmərəli fəaliyyətinə görə Fəxri Fərmanla təltif olndular.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi